26 mart 2026. Cümə axşamı

DÇ-2022: Serbiya millisi 1 milyon avro mükafat alacaq


DÇ-2022: Serbiya millisi 1 milyon avro mükafat alacaq

2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Serbiya millisinə veriləcək mükafatın məbləği bəlli olub.

Corner.az "Veçerne novosti" nəşrinə istinadən məlumatına görə, yığma üzvlərinə ümumilikdə 1 milyon avro bonus ödəniləcək.

Ölkə prezidenti Aleksandr Vuçiçin vəd etdiyi məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürüldüyü vurğulanıb.

Qeyd edək ki, Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparan Serbiya yığması son turda səfərdə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə birbaşa vəsiqə əldə edib. Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"