29 iyun 2026. Bazar ertəsi

İbrahimoviç ispaniyalı futbolçunu çiyin zərbəsi ilə yerə yıxdı - VİDEO


İbrahimoviç ispaniyalı futbolçunu çiyin zərbəsi ilə yerə yıxdı - VİDEO

İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç səfərdə İspaniyaya qarşı keçirdikləri DÇ-2022-ci ilin seçmə oyunu zamanı kobud hərəkət edib.

Corner.az xəbər verir ki, 40 yaşlı hücumçu standart vəziyyət zamanı çiyni ilə bilərəkdən meydan sahiblərinin müdafiəçisi Sesar Asplikuetaya sərt zərbə endirib. 

Görüşün baş hakimi Feliks Brix  "Milan"da çıxış edən təcrübəli forvarda sarı vərəqə göstərməklə kifayətlənib.

Qeyd edək ki, evdə 1:0 hesablı qələbə qazanan İspaniya seçməsi final mərhələsinə birbaşa vəsiqə qazanıb.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi