- Dünya çempionatı
- 20:17 29.01.2026
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun növbəti oyunları keçirilib. Corner.az xəbər verir ki, C, F və I qrupları üzrə 8 görüş baş tutub.
C qrupunda İtaliya millisi səfərdə Şimali İrlandiya ilə, İsveçrə isə evdə Bolqarıstanla üz-üzə gəlib. İtaliya yalnız top fərqinə görə isveçrəliləri üstələyirdi. Bu mənada, komandalar final mərhələsinə birbaşa vəsiqə üçün xal ititrməməklə yanaşı, böyük hesablı qalib gəlməli idilər. İtaliya yığması bu vəzifəni bacara bilməyib. Sözügedən komanda ilə Şimali İrlandiya oyunda qapılara qol vurulmayıb. Əvəzində İsveçrə yığması darmadağınla qələbə qazanaraq qrup birincisi olub və mundiala birbaşa vəsiqəni təmin edib. İtaliya yığması isə ikinci yeri tutmaqla pley-offda oynayacaq.
F qrupunda hər şey aydın olduğundan, Şotlandiya – Danimarka qarşılaşması formal xarakter daşıyırdı. 27 xala malik Danimarka seçməsi final mərhələsinə, 20 xalı olan Şotlandiya isə pley-offa vəsiqəni əvvəlcədən rəsmiləşdirmişdi. Danimarkalılar son oyunda 2 cavabsız qolla məğlub olublar. İsrail – Farer adaları və Avstriya – Moldova qarşılaşmalarının nəticələri isə 3-cü pillənin taleyinə bəlli olub. Hər iki oyunda meydan sahibləri qalib gəliblər. İsrail yığması yekunda üçüncü yerin sahibi olub.
I qrupuna başçılıq edən İngiltərə millisini DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq üçün San Marino ilə səfər oyununda heç-heçə də qane edirdi. Amma ingilislər bu görüşdə 10 cavabsız qolla darmadağınla qalib gələrək dünya çempionatına vəsiqə qazanıblar. İkinci sırada yer alan Polşa yığması isə mundiala birbaşa yollanmaq üçün evdə Macarıstana qalib gəlməli və İngiltərənin “cırtdanlar”a uduzmasını gözləməliydi. Amma ingilislər qalib gəldiyi oyunda, polşalılar da macarlarla ev oyununda məğlub olublar. Bu, məğlubiyyət Polşa yığmasının pley-offa vəsiqə qazanmasına mane olmayıb. Albaniya yığması da Andorra üzərində qələbə ilə qrup üçüncüsü olub.
Daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanmışdı.
DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
15 noyabr
C qrupu
Şimali İrlandiya – İtaliya 0:0
İsveçrə – Bolqarıstan 4:0
Qol: Okafor, 48. Varqas, 57. İtten, 72. Freuler, 90+1.
Xal durumu: İsveçrə – 18, İtaliya – 16, Şimali İrlandiya – 9, Bolqarıstan – 8, Litva – 3.
F qrupu
İsrail – Farer adaları 3:2
Qol: Dabbur, 30. Vaysmann, 58. Perets, 75 – Vatnhamar, 62. Olsen, 72.
Şotlandiya – Danimarka 2:0
Qol: Souttar, 35. Adams, 86.
Avstriya – Moldova 4:1
Qol: Arnautoviç, 4; 55-pen. Trimmel, 22. Lyubiçiç, 83 – Nikolaesku, 60.
Xal durumu: Danimarka – 27, Şotlandiya – 23, İsrail – 16, Avstriya – 16, Farer adaları – 4, Moldova – 1
I qrupu
San Marino – İngiltərə 0:10
Qol: Maquayr, 6. Fabbri, 15-öz qapısına. Keyn, 27-pen; 32; 39; 42. Smit Rou, 58. Minqs, 69. Abraham, 78. Saka, 79.
Albaniya – Andorra 1:0
Qol: E.Çekici, 74-pen.
Polşa – Macarıstan 1:2
Qol: Sviderski, 62 – Şafer, 37. Qazdaq, 80.
Xal durumu: İngiltərə – 26, Polşa – 20, Albaniya – 18, Macarıstan – 17, Andorra – 6, San Marino – 0