26 mart 2026. Cümə axşamı

DÇ-2022-yə vəsiqə qazanan 11 komanda bəllidir


DÇ-2022-yə vəsiqə qazanan 11 komanda bəllidir

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 11-ə çatıb.

Corner.az xəbər verir ki, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun bu gün baş tutan oyunlarından sonra daha iki komanda mundiala vəsiqə qazanıb.

Bunlar İngiltərə və İsveçrə yığmalarıdır. Daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Braziliya, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya və Serbiya millilərinin də dünya çempionatında iştirak edəcəyi dəqiqləşmişdi.

Gələn il Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr-18 dekabr aralığında keçiriləcək.

DÇ-2022-yə vəsiqəni təmin etmiş komandalar:

Qətər, Braziliya, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə, İsveçrə

DÇ-yə vəsiqə uğrunda pley-off oynayacaq komandalar:

İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, Çexiya, Polşa, İsveç, Uels, Avstriya, Şimali Makedoniya.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"