29 iyun 2026. Bazar ertəsi

Serbiyalı futbolçular aldıqları mükafatı xeyriyyə üçün sərf edib


Serbiyalı futbolçular aldıqları mükafatı xeyriyyə üçün sərf edib

Serbiya millisinin futbolçuları 2022-ci ildəki dünya çempionatına vəsiqə əldə etdikdən sonra qazandıqları məbləği fonda ianə ediblər.

Corner.az-ın "B92" nəşrinə istinadən məlumatına görə, oyunçular xəstə uşaqlara yardım məqsədi ilə könüllü olaraq bu addımı atıblar.

Ölkə prezidenti Aleksandar Vuçiç onlara 1 milyon avro vəd etdiyi mükafat artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb və bunun xeyriyyə məqsədlərinə yönəldilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparan Serbiya yığması son turda səfərdə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə birbaşa vəsiqə əldə edib.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi