29 iyun 2026. Bazar ertəsi

Şadam ki, Gürcüstan millisi mənim qolumla qələbə qazandı


Şadam ki, Gürcüstan millisi mənim qolumla qələbə qazandı

"Hamını qələbə münasibətilə təbrik edirəm. Yığmaya çağırılmağıma xeyli sevinmişdim və var qüvvəmlə şanslarımdan yararlanmağa çalışırdım".

Corner.az-ın məlumatına görə, bu fikirləri Gürcüstan millisinin futbolçusu Davit Volkov Özbəkistana 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşü barədə danışarkən deyib.

Oyunda yeganə qolu vuran "Zirə" klubunun 28 yaşlı hücumçusu matça start heyətdə başlamasından məmnun olduğunu bildirib: "Şadam ki, komandamız mənim qolumla qələbə qazandı. Yığmamıza uğurlar arzulayıram. İli qələbə ilə başa vurmağımıza sevinirəm".

Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi