29 iyun 2026. Bazar ertəsi

Kritik oyunda Van Qal olmayacaq


Kritik oyunda Van Qal olmayacaq

Niderland millisi bu gün Norveçə qarşı keçiriləcək DÇ-2022-nin seçmə oyununa baş məşqçisiz çıxacaq.

Corner.az NOS kanalına istinadən xəbər verir ki, 2 gün öncə məşqdən otelə qayıdarkən velosiped qəzası keçirən və ombasından xəsarət alan Luis Van Qal texniki zonada olmayacaq.

70 yaşlı mütəxəssis qarşılaşmanı tribunadan izləyəcək və oyunçularına öz tapşırıqlarını köməkçiləri vasitəsilə çatdıracaq.

Qeyd edək ki, Niderland - Norveç matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi