29 iyun 2026. Bazar ertəsi

FİFA Braziliya millisinə texniki məğlubiyyət verəcək


FİFA Braziliya millisinə texniki məğlubiyyət verəcək

FIFA Braziliya millisini texniki məğlubiyyətlə cəzalandıracaq.

Corner.az-ın "TNT Sports"a istinadən məlumatına görə, buna səbəb yığmanın sentyabrda evdə Argentinaya qarşı keçirdiyi DÇ-2022-nin seçmə oyunu zamanı baş vermiş hadisədir.

Sözügedən görüşdə start fitindən cəmi 4 dəqiqə sonra oyun yarımçıq dayandırılıb və qonaqlar meydanı tərk ediblər.Onlar Argentina yığmasının heyətində koronavirus qaydalarını pozan 4 oyunçu - Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya olunmasını istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya gəliblər.

Qeyd edək ki, iki komanda arasında növbəti matç noyabrın 17-də Argentinada baş tutacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi