4 fevral 2026. Çərşənbə

Seçmə mərhələyə yekun vuruldu, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazandı


Seçmə mərhələyə yekun vuruldu, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazandı

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, 10-cu turun sonuncu oyun günündə D, E və G qrupları üzrə ümumilikdə 7 görüş baş tutub. Bununla da Avropadan DÇ-nin final mərhələsinə və pley-offa vəsiqə qazanan sonuncu komandalar bəlli olub.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransa ilə üz-üzə gəlib. Didye Deşamın baş məşqçi olduğu komanda mundiala vəsiqəni təmin etdiyindən görüş fransızlar üçün elə də önəm daşımırdı. Meydan sahibləri isə pley-offa çıxmaq üçün evdə ən azı uduzmamalı idi. Qarşılaşma Fransa yığmasının qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda Ukrayna səfərdə Bosniya və Herseqovinanın qonağı olub. Aleksandr Petrakovun rəhbərlik etdiyi komanda bu matçdan qalib ayrılaraq pley-offa vəsiqə qazanıb.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelsin qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib. Çexiya yığması isə evdə Estoniyanı qəbul edib və inamlı qələbə qazanıb. Bu nəticələrdən sonra Uels yığması qrup ikincisi olub.

Gecənin ən maraqlı oyunları G qrupunda olub. 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi qəbul edib. Digər önəmli matçda isə Türkiyə seçməsi səfərdə Monteneqronun qonağı olub. Vacib oyunlar öncəsi “narıncılar”ın dünya çempionatına birbaşa vəsiqə qazanmaq şansı daha çox idi.18 xala malik Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları vardı. Bunun üçün hər iki kollektiv meydandan qələbə ilə ayrılmalı idi. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaqdı. Amma Niderland doğma meydanda qələbə qazanaraq qrup lideri olub və mundiala birbaşa vəsiqəni təmin edib. Türkiyə yığması isə səfərdə əzmkar qələbə qazanaraq qrup ikincisi olub və pley-offda oynamağa vəsiqə qazanıb.

Daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanmışdı. İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, Çexiya, Polşa, İsveç, Uels, Avstriya və Şimali Makedoniya yığmaları isə pley-off mərhələsində mübarizə aparacaq.

DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
16 noyabr

D qrupu

Finlandiya – Fransa 0:2
Qol: Benzema, 66. Mbappe, 76.

Bosniya və Herseqovina – Ukrayna 0:2
Qol: Zinçenko, 59. Dovbik, 79.

Xal durumu: Fransa – 18, Ukrayna – 12, Finlandiya – 11, Bosniya və Herseqovina – 7, Qazaxıstan – 3.

E qrupu

Uels – Belçika 1:1
Qol: Mur, 32 – De Bruyne, 12.

Çexiya – Estoniya 2:0
Qol: Brabeç, 59. Şikora, 85.

Xal durumu: Belçika – 20, Uels – 15, Çexiya – 14, Estoniya – 4, Belarus – 3.

G qrupu

Cəbəllütariq – Latviya 1:3
Qol: Uolker, 7 – Qutkovski, 25. Uldrikis, 55. Krollis, 75.

Monteneqro – Türkiyə 1:2
Qol: Beçiray, 4 – K.Aktürkoğlu, 22. O.Kökcü, 60.

Niderland – Norveç 2:0
Qol: Berqveyn, 84. Depay, 90+1.

Xal durumu: Niderland – 23, Türkiyə – 21, Norveç – 18, Monteneqro – 12, Latviya – 9, Cəbəllütariq – 0.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı