29 iyun 2026. Bazar ertəsi

Məhəmmədəliyev 3-lük'də, Mahmudov bombardirlər siyahısında


Məhəmmədəliyev 3-lük'də, Mahmudov bombardirlər siyahısında

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin qrup oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Corner.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan 6-cı qapıçıdır.

27 yaşlı qolkiper 8 görüş ərzində 18 dəfə məyus olub. Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında 3-cü sırada yer alıb. O, 44 dəfə komandasını qoldan xilas edib.

4 qolla tsiklda millinin bombardiri olan Emin Mahmudov bu göstəricidə 23 - 39-cu yerləri bölüşdürür.

Qrup mərhələsinin bombardirləri 12 qolla niderlandlı Memfis Depay və ingiltərəli Harri Keyndir.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi