25 aprel 2026. Şənbə

DÇ-2022: Uruqvay uduzdu, Argentina millisi final mərhələsinə vəsiqə qazandı


DÇ-2022: Uruqvay uduzdu, Argentina millisi final mərhələsinə vəsiqə qazandı

Futbol üzrə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 14-cü turunun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Uruqvay yığması səfərdə Boliviyanın qonağı olub. Görüş Boliviyanın 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

Daha əvvəl mundialın final mərhələsinə vəsiqə qazanan Braziliya bu turda Argentina ilə üz-üzə gəlib. Oyunda qapılara qol vurulmayıb. Bu nəticədən sonra Argentina millisi də DÇ-2022-nin pley-off mərhələsinə haqq qazanıb.

DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 14-cü tur

17 noyabr

Boliviya – Uruqvay 3:0
Qol:
 Xuan Karlos Arse, 30; 79. Marselo Moreno, 45.

Venesuela – Peru 1:2
Qol:
 Darvin Maçis, 52 – Canluka Lapadula,18. Kristian Kueva, 65.

Kolumbiya – Paraqvay 0:0

Braziliya – Argentina 0:0







Dünya çempionatı

"ABŞ çox güclü milli komandaya sahibdir"
  • Dünya çempionatı
  • 00:07 23.04.2026
"ABŞ çox güclü milli komandaya sahibdir"
“Daha 4 il də oynaya bilərəm”
  • Dünya çempionatı
  • 00:53 14.04.2026
“Daha 4 il də oynaya bilərəm”