1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022-nin 12, pley-offun bütün iştirakçıları bəlli oldu


DÇ-2022-nin 12, pley-offun bütün iştirakçıları bəlli oldu
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 12-yə çatıb. Corner.az xəbər verir ki, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun bu gün baş tutan sonuncu oyunlarının ardından daha bir komanda mundiala vəsiqə qazanıb.
 
Bu, G qrupunda birinci yerdə bitirən Niderland yığmasıdır. Daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə və İsveçrə millilərinin də DÇ-2022-də iştirak edəcəyi dəqiqləşmişdi. Braziliya yığması isə DÇ-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsindən mundiala vəsiqə qazanıb.
 
Öz qruplarında ikinci yeri tutan İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, İsveç, Uels, Türkiyə, Polşa, Ukrayna və Şimali Makedoniya isə pley-offda oynamaq hüququ qazanıb. Bu komandalarla yanaşı, UEFA Millətlər Liqasından DÇ-nin pley-offuna vəsiqə qazanmış Çexiya və Avstriya yığmalarının da mundialda iştirak şansı qalmaqdadır.
 
Pley-offun püşkü noyabrın 26-da atılacaq. Bu mərhələnin oyunları isə 24-25 və 28-29 martda təşkil olunacaq. 12 kollektiv DÇ-2022-yə son 3 vəsiqə uğrunda mübarizə aparacaq.
 
DÇ-2022 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər