1 oktyabr 2026. Cümə axşamı

Türkiyə millisinin baş məşqçisi bu yığmalarla qarşılaşmaq istəmir


Türkiyə millisinin baş məşqçisi bu yığmalarla qarşılaşmaq istəmir

"Potensial rəqiblərimizin hamısı güclüdür. Oyunumuzu da səfərdə keçirəcəyik".

Corner.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Stefan Kunts Monteneqroya səfərdə 2:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis pley-offdakı bütün matçların çətin keçəcəyini bildirib.

Almaniyalı baş məşqçi bu mərhələdə qarşılaşmaq istəmədiyi komandaların adlarını da açıqlayıb: "Mən buna nənəmin dediyi sözlərlə cavab vermək istəyirəm: "Təsir edə bilməyəcəyin şeylər haqqında çox fikirləşmə". Rəqiblərimizin hamısı çətindir, amma təbii ki, Portuqaliya və İtaliya səfərlərinə getməməyi üstün tutardım".

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il 24-25 və 28-29 martda baş tutacaq. Səpələnməmişlər səbətində yer alan "ay-ulduzlular"ın potensial rəqibləri Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç və Uels yığmaladır.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər