1 oktyabr 2026. Cümə axşamı

Beşiktaş'ın futbolçusu bu səbəbdən millinin heyətindən kənarlaşdırılıb - FOTO


Beşiktaş'ın futbolçusu bu səbəbdən millinin heyətindən kənarlaşdırılıb - FOTO

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Miralem Pyaniçin Bosniya və Herseqovina millisinin heyətindən kənarlaşdırılma səbəbi olub.

Corner.az "Kix Ba" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi qəlyan çəkdiyi üçün cəza ilə üzləşib.

Hadisənin Bosniya və Herseqovina millisinin Finlandiyaya 1:3 hesabı ilə məğlub olduğu 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl baş verdiyi iddia edilir. Pyaniçin  bu səbəbdən, Ukraynaya 0:2 hesabı ilə uduzduqları matçın siyahısına daxil edilməyib.

Həmin fotonun hansı tarixə aid olduğu tam aydınlaşmasa da, futbolçunun yığma komandanın geyimində olduğu aşkar görünüb. Bosniya Futbol Assosiasiyası hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, müqavilə ilə "Barselona"ya məxsus olan Miralem Pyaniç icarə əsasında "Beşiktaş"da çıxış edir.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər