1 oktyabr 2026. Cümə axşamı

FIFA Beyl üçün Real'a ödəniş edəcək


FIFA Beyl üçün Real'a ödəniş edəcək

İspaniyanın "Real Madrid" klubu FIFA-dan əlavə ödəniş alacaq.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin futbolçusu Qaret Beylin Uels millisinin düşərgəsində zədələnməsi olub.

Ali futbol qurumunun 2019-cu ildəki qərarına əsasən, oyunçular yığmanın heyətində zədələnərsə, klublara təzminat veriləcək.

FIFA 32 yaşlı hücumçu 28 gündən çox "kral klubu"nun heyətində olmayacağı təqdirdə 25,5 min avro ödəməli olacaq.

Qeyd edək ki, Qaret Beyl Belarusa 5:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda sıradan çıxıb. Forvard ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər