14 may 2026. Cümə axşamı

DÇ-2022: Norveçli jurnalistlər Qətərdə saxlanıldı


DÇ-2022: Norveçli jurnalistlər Qətərdə saxlanıldı

Norveç Yayım Korporasiyasının (NRK) iki jurnalisti – Halvor Ekeland və Lokman Qorbani Qətərdə saxlanılıb.

Corner.az xəbər verir ki, bu barədə jurnalistlər özləri yerli mətbuata açıqlama veriblər. Onlar noyabrın 21-də Qətəri tərk etməzdən polislər tərəfindən saxlanılıb. Bir neçə saat bölmədə qalan jurnalistlər daha sonra sərbəst buraxılıb. Jurnalistlərin saxlanma səbəbi dəqiq məlum deyil.

Norveç mətbuatı Ekeland və Qorbaninin Qətərdə keçiriləcək DÇ-2022-yə hazırlıq zamanı gedən işlərdə ölən işçi miqrantlar haqda araşdırma hazırladıqları üçün saxlanıldıqlarını iddia edir.

DÇ-2022-yə hazırlıq məqsədiylə görülən işlər zamanı 6700-dən çox işçi vəfat edib.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı