4 fevral 2026. Çərşənbə

Pley-off mərhələsinin püşkü atıldı, Türkiyə Portuqaliyaya rəqib oldu


Pley-off mərhələsinin püşkü atıldı, Türkiyə Portuqaliyaya rəqib oldu

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Corner.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdən öncə komandalar iki səbətə bölünmüşdü.

10 qrup ikincisi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer almışdı. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəkdilər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşmışdı.

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşmüşdü. Rusiya və Ukrayna yığmaları isə siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzdilər.

Pley-off iştirakçıları üç “dördlük” təşkil edib. B yolunda yer alan Türkiyə millisi Portuqaliyaya rəqib olub. İtaliya yığması isə ilk sınağında Şimali Makedoniya ilə qarşılaşacaq.

Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.

DÇ-2022-nin pley-off mərhələsi

A yolu

Yarımfinal

  1. Şotlandiya – Ukrayna
  2. Uels – Avstriya

Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

B yolu

Yarımfinal

  1. Rusiya – Polşa
  2. İsveç – Çexiya

Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

C yolu

Yarımfinal

  1. İtaliya – Şimali Makedoniya
  2. Portuqaliya – Türkiyə

Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı