- Dünya çempionatı
- 01:36 29.06.2026
Almaniya millisinin sabiq futbolçusu Horst Ekkel dünyasını dəyişib.
Corner.az-ın məlumatına görə, veteran yarımmüdafiəçi 89 yaşında vəfat edib.
Qeyd edək ki, Ekkel 1954-ci ildə İsveçrədəki dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi. O, həmçinin 1951-ci və 1953-cü illərdə ölkəsinin "Kayzerslautern" komandası ilə Almaniya çempionu olub.