26 mart 2026. Cümə axşamı

İnfantino: Yeni format milli assosiasiyaların gəlirini artıracaq


İnfantino: Yeni format milli assosiasiyaların gəlirini artıracaq

Futbol üzrə dünya çempionatının 2 ildən bir keçirilməsi FIFA-nın iqtisadi göstəricilərini yaxşılaşdıracaq.

Corner.az-ın məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino jurnalistlərə açıqlama verib.

51 yaşlı funksioner yeni format əlavə 4,4 milyard ABŞ dolları gəlir gətirəcəyini vurğulayıb: "Bu isə maliyyələşdirməni ilk dörd illik dövr ərzində hər FİFA üzvü olan assosiasiya üçün orta hesabla potensial olaraq 25 milyon dollaradək artıracaq".

Bundan başqa, FİFA büdcəsi 3,5 milyard ABŞ dolları olan Həmrəylik Fondu yaradacaq. Bu fonddan əldə olunan gəlirlər milli asosiasiyalar arasında bölüşdürüləcək və bu, beynəlxalq təqvimdəki dəyişikliklərlə bağlı hər hansı maliyyə problemini yumşaltmaq imkanı yaradacaq.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"