4 fevral 2026. Çərşənbə

DÇ-2022-yə vəsiqə qazanacağımıza inanıram


DÇ-2022-yə vəsiqə qazanacağımıza inanıram

"Qətərdəki dünya çempionatına vəsiqə qazana bilməsək, bizim üçün kədərli olacaq".

Corner.az ESPN-ə istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo deyib.

36 yaşlı hücumçu komandasının mundialda çıxış edəcəyinə inandığını bildirib: "Aydın məsələdir ki, bizi 1-2 çətin qarşılaşma gözləyir. Türkiyə yığması ilə oyunumuz var. Onlara qalib gəlsək, finalda İtaliya ilə qarşılaşa bilərik. Marta hazır olacağıq. Həyat elədir ki, orada ideal ssenarilər yoxdur. Onlarla sən məşğul olmalısan".

Portuqaliya seçməsi DÇ-2022-yə vəsiqə qazanmaq üçün pley-offda mübarizə aparacaq. Komanda martın 24-də yarımfinalda Türkiyə ilə üz-üzə gələcək. Cütün qalibi həlledici görüşdə İtaliya - Şimali Makedoniya duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə baş tutacaq.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı