29 iyun 2026. Bazar ertəsi

Afrika Millətlər Kuboku: Tunis'dən darmadağın, Fil Dişi Sahilindən heç-heçə


Afrika Millətlər Kuboku: Tunis'dən darmadağın, Fil Dişi Sahilindən heç-heçə
 Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turuna yekun vurulub. Corner.az xəbər verir ki, 8-ci oyun günündə dörd qarşılaşma baş tutub.
 
E qrupunda Fil Dişi Sahili - Syerra Leone matçında qalib müəyyənləşməyib. Əlcəzair Ekvatorial Qvineyaya minimal hesabla məğlub olub.
 
F qrupunda isə Tunis Mavritaniyaya 4 cavabsız qolla qalib gəldiyi halda, Qambiya da Mali ilə heç-heçəyə razılaşıb.
 
Afrika Millətlər Kuboku
16 yanvar
 
E qrupu
 
Fil Dişi Sahili – Syerra Leone 2:2
Qol: Haller, 25. Pepe, 65 – M.Kamara, 55. A.Kamara, 90+3.
 
Əlcəzair – Ekvatorial Qvineya 0:1
Qol: Obianq, 70.
 
Xal durumu: Fil Dişi Sahili, 4, Ekvatorial Qvineya – 3, Syerra Leone – 2, Əlcəzair – 1.
 
F qrupu
 
Qambiya – Mali 1:1
Qol: Barrou, 90  Kone, 79-pen.
 
Tunis – Mavritaniya 4:0
Qol: Matluti, 4. Xazri, 9; 64. Cəziri, 66.
 
Xal durumu: Qambiya – 4, Mali – 4, Tunis – 3, Mavritaniya – 0.






Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi