11 may 2026. Bazar ertəsi

Patrik Andradeli Kabo Verde millisi qrup üçüncüsü oldu


Patrik Andradeli Kabo Verde millisi qrup üçüncüsü oldu
Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turuna start verilib. Corner.az xəbər verir ki, 9-cu oyun günündə iki qarşılaşma baş tutub.
 
A qrupunda Burkina Faso yığması Efiopiya, Kabo Verde millisi isə Kamerunla qarşılaşıb. Hər iki oyunda komandalar meydanı hərəyə 1 qol, 1 xalla ayrılıblar. Kabo Verde yığmasının heyətində “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də meydana çıxıb. O, bu görüşdə sonadək mübarizə aparıb.
 
Bu nəticələrdən sonra Kamerun yığması qrup lideri kimi növbəti mərhələyə adlayıb. Burkina Faso ikinci yerlə pley-offa çıxıb. Kabo Verde millisi isə dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlamaq şansını saxlayır.
 
Afrika Millətlər Kuboku
A qrupu
17 yanvar
 
Burkina Faso – Efiopiya 1:1
Qol: Bayala, 24 – Kebede, 52.
 
Kabo Verde – Kamerun 1:1
Qol: J.Rodriqes, 53 – V.Abubakar, 39.
 
Xal durumu: Kamerun – 7, Burkina Faso – 4, Kabo Verde – 4, Efiopiya – 1.






Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı