29 iyun 2026. Bazar ertəsi

Messi Argentina millisinə çağırılmadı


Messi Argentina millisinə çağırılmadı
Argentina milli komandasının DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb. Corner.az xəbər verir ki, Fransanın PSJ klubunun hücumçusu Lionel Messi milliyə çağırılmayıb.
 
Argentina yığmasının baş məşqçisi Lionel Skaloni koronavirusdan yeni sağalan 34 yaşlı futbolçuya istirahət etməsi üçün bu addımı atıb.
 
Argentina yığması DÇ-2022-nin seçmə mərhələsində yanvarın 28-də Çili, fevralın 2-də isə Kolumbiya ilə qarşılaşacaq.






Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi