29 iyun 2026. Bazar ertəsi

Mançini Balotellini istəyir


Mançini Balotellini istəyir

Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə qayıdır.

Corner.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano bildirib.

Yığmanın baş məşqçisi Roberto Mançini 31 yaşlı hücumçuya yeni şans vermək niyyətindədir. Qərarın yaxın zamanda rəsmi olaraq açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Mario Balotelli 2021-ci ildə "Adana Demirspor"a keçib. Hücumçu cari mövsüm 20 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli forvard 2010 - 2018-ci illərdə İtaliya seçməsinin formasını geyinib.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi