29 iyun 2026. Bazar ertəsi

Komorlar koronavirusa təslim oldu - oynayacaq qapıçısı yox


Komorlar koronavirusa təslim oldu - oynayacaq qapıçısı yox
Afrika Millətlər kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan Komor adaları yığmasında koronavirusa kütləvi yoluxma qeydə alınıb. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, millinin 12 üzvü virusa yoluxub.
 
Virusa yoluxanlar arasında komandanın baş məşqçisi Amir Abdu, qapıçılar Moyad Osseyni və Ali Ahamada da var. Komor adaları yığmasının digər qapıçısı Salim Ben Boyma isə zədəlidir.
 
Komor adaları yığmasında Kamerunla oyunda “çərçivə”ni kimin qoruyacağı sual altındadır. Qapıçı Salib Ben Boyma sağalmasa, futbolçulardan biri qapını qorumalı olacaq.
 
Komor adaları yığması Afrika Millətlər kubokunun 1/8 finalı çərçivəsində sabah Kamerunla qarşılaşacaq.






Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi