23 aprel 2026. Cümə axşamı

Andrey Şevçenko üçün milli komanda iddiası


Andrey Şevçenko üçün milli komanda iddiası

İtaliyanın "Cenoa" klubundan istefaya göndərilmiş Andrey Şevçenko futbol üzrə Polşa milli komandasını çalışdıracaq.

Corner.az "vZbirna" teleqram kanalına istinadən məlumatına görə, Polşa Futbol İttifaqı (PZPN) və ukraynalı mütəxəssis bütün şərtləri razılaşdırıb. 45 yaşlı mütəxəssisin illik maaşı 2,5 milyon avro olacaq. Məbləğin bir hissəsini PZPN, qalanını isə sponsorlar ödəyəcək. Yalnız "Cenoa" ilə müqavilənin pozulma şərtlərini razılaşdırmaq qalıb.

 Andrey Şevçenkonun istefaya göndərilməsinə baxmayaraq İtaliya klubu ilə sözləşməsi davam etməkdədir. Onun rəhbərliyi altında "Cenoa" 11 oyundan 1 qələbə, 3 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb.

Polşa yığması dünya çempionatının pley-off mərhələsində Rusiya ilə səfərdə üz-üzə gələcək. Görüş martın 24-də keçiriləcək.







Dünya çempionatı

"ABŞ çox güclü milli komandaya sahibdir"
  • Dünya çempionatı
  • 00:07 23.04.2026
"ABŞ çox güclü milli komandaya sahibdir"
“Daha 4 il də oynaya bilərəm”
  • Dünya çempionatı
  • 00:53 14.04.2026
“Daha 4 il də oynaya bilərəm”