1 oktyabr 2026. Cümə axşamı

Balotelli 3 ildən sonra İtaliya millisinə qayıtdı


Balotelli 3 ildən sonra İtaliya millisinə qayıtdı

Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə çağırılıb.

Corner.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Mançinin DÇ-2022-nin seçmə mərhələsinin pley-off matçları üçün dəvət göndərdiyi 35 oyunçu siyahısında 31 yaşlı hücumçu da yer alıb.

Balotelli 3 illik fasilədən sonra milli komandaya qayıdıb. O, sonuncu dəfə 2018-ci ilin sentyabrında Polşaya qarşı UEFA Millətlər Liqasının oyununda (1:1) yığmada çıxış edib.

Qeyd edək ki, İtaliya millisi pley-off-da martın 24-də Şimali Makedoniya ilə üz-üzə gələcək. Qalib gələn komanda martın 29-da Portuqaliya - Türkiyə duelinin güclüsü ilə görüşəcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər