4 fevral 2026. Çərşənbə

Neftçi'nin futbolçusu Afrika Millətlər Kuboku ilə vidalaşdı


Neftçi'nin futbolçusu Afrika Millətlər Kuboku ilə vidalaşdı
 Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.
 
Qambiya yığması Qvineya ilə üz-üzə gəlib və minimal hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib. “Neftçi”nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane bu görüşün iştirakçısı olmayıb. O, turnirdəki son matçı ehtiyat oyunçular skamyasından izləyib.
 
Günün digər matçında Kamerun yığması Komor adaları ilə qarşılaşıb. Koronavirusa təslim olan Komor adaları yığması bu görüşə qapıçısız çıxıb. Eyni zamanda, sözügedən komanda 7-ci dəqiqədə azlıqda da qalıb. Bundan maksimum yararlanan Kamerun yığması 2:1 hesabı qələbə qazanaraq 1/4 finala yüksəlib.
 
Xatırladaq ki, daha öncə Burkina Faso və Tunis yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi.
 
Afrika Millətlər Kuboku
1/8 final
24 yanvar
 
Qvineya – Qambiya 0:1
Qol: Barrou, 71.
 
Kamerun – Komor adaları 2:1
Qol: Ekambi, 29. Abubakar, 70 – Çanqama, 81.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı