1 oktyabr 2026. Cümə axşamı

Patrik Andrade qovuldu, Seneqal və Mərakeş yığması növbəti mərhələdə


Patrik Andrade qovuldu, Seneqal və Mərakeş yığması növbəti mərhələdə
Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə Seneqal yığması Kabo Verde ilə üz-üzə gəlib. “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin də oynadığı matç komandası üçün uğursuz başa çatıb. Belə ki, start heyətdə meydana çıxan 28 yaşlı futbolçu, 21-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 57-ci dəqiqədə Andradenin komanda yoldaşı Vizinya da oxşar aqibətlə üzləşib. Bununla da rəqibin 9 nəfərlə qalmasından maksimum yararlanan Seneqal yığması 2 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib.
 
Günün digər matçı Mərakeş yığması Malavi ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda da Mərakeş millisi 1/4 finala yüksələn tərəf olub.
 
Xatırladaq ki, daha öncə Burkina Faso, Tunis, Qambiya və Kamerun yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi.
 
Afrika Millətlər Kuboku
1/8 final
25 yanvar
 
Seneqal – Kabo Verde 2:0
Qol: Mane, 63. Dienq, 90+2.
 
Mərakeş – Malavi 2:1
Qol: En Nesiri, 45+2. Hakimi, 70 – Mhanqo, 7.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər