23 aprel 2026. Cümə axşamı

Ekvatorial Qvineya və Misir yığmaları da 1/4 finalda!


Ekvatorial Qvineya və Misir yığmaları da 1/4 finalda!
 Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə Fil Dişi Sahili yığması Misir millisi ilə üz-üzə gəlib. Günün digər matçında isə Mali və Ekvatorial Qvineya yığmaları qarşılaşıb. Hər iki oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu səbəbdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan Misir və Ekvatorial Qvineya yığmaları 1/4 finala vəsiqə qazanıblar.
 
Xatırladaq ki, daha öncə Burkina Faso, Tunis, Qambiya, Kamerun, Seneqal və Mərakeş yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi.
 
Afrika Millətlər Kuboku
1/8 final
26 yanvar
 
Fil Dişi Sahili – Misir 0:0 (penaltilər 4:5)
 
Mali – Ekvatorial Qvineya 0:0 (penaltilər 5:6)






Dünya çempionatı

"ABŞ çox güclü milli komandaya sahibdir"
  • Dünya çempionatı
  • 00:07 23.04.2026
"ABŞ çox güclü milli komandaya sahibdir"
“Daha 4 il də oynaya bilərəm”
  • Dünya çempionatı
  • 00:53 14.04.2026
“Daha 4 il də oynaya bilərəm”