1 oktyabr 2026. Cümə axşamı

Abubakar'dan Kamerun'a möcüzə toxunuş və bürünc medal


Abubakar'dan Kamerun'a möcüzə toxunuş və bürünc medal
Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib. Corneraz xəbər verir ki, bürünc medallar uğrunda Burkina Faso və Kamerun yığmaları üz-üzə gəlib.
 
İlk yarıda iki qol vuran Burkina Faso millisi 49-cu dəqiqədə hesabı daha da yüksəldib. Lakin qitə birinciliyinə ev sahibliyi edən Kamerun yığması əzmkarlıq göstərərək matçın sonlarında ardıcıl üç qol vurmaqla məğlubiyyətdən xilas olmağı bacarıb. Beləcə, görüşün əsas vaxtı bərabərliklə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan Kamerun yığması bürünc medalın sahibi olub.

Turnirin həlledici oyununda isə Seneqal və Misir yığmaları üz-üzə gələcək. Bu gün baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
 
Afrika Millətlər Kuboku
3-cü yer uğrunda oyun
5 fevral
 
Burkina Faso – Kamerun 3:3 (penaltilər 3:5) 
Qol: Yaqo, 24. Onana, 43-öz qapısına. Oattara, 49 – Bahoken, 71. Abubakar, 85; 87.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər