3 avqust 2026. Bazar ertəsi

Milli komanda ilə titul qazanmaq istəyirəm - Salah


Milli komanda ilə titul qazanmaq istəyirəm - Salah

Misir milli komandasının futbolçusu Məhəmməd Salah Afrika Millətlər kubokunda Seneqala qarşı keçirəcəkləri final oyunu ilə bağlı fikirlərini bildirib.

Corner.az “Liverpool Echo” saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu, milli komanda ilə titul qazanmaq istədiyini deyib:

“Sadio Manenin olduğu Seneqal yığmasına qarşı oynamaq böyük bir şeydir. Oyunda rəqib olacağıq, sonra yenidən komanda yoldaşı. Mərakeşlə matçdan sonra onunla danışdım, başının vəziyyətini soruşdum, yaxşı olduğunu bildirdi.

Milli komanda ilə titul qazanmaq istəyirəm. Çempionlar Liqasını qazanmışam, buna görə çox şadam. Premyer Liqada 30 il çempion ola bilməyən komanda ilə çempionluq yaşadım. İsveçrədə qalib oldum, indi də millidə bu uğuru əldə etməyi çox istəyirəm. Ümid edirəm ki, Afrika Millətlər kubokunu qazanacağıq”.

Bu gün keçiriləcək Seneqal – Misir matçı saat 23:00-da başlayacaq.







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı