3 avqust 2026. Bazar ertəsi

Afrikanın ən güclüsü - Seneqal!


Afrikanın ən güclüsü - Seneqal!
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, Kamerunda təşkil olunan qitə birinciliyinin finalında Seneqal və Misir yığmaları üz-üzə gəlib.
 
Matçın əsas vaxtında hesab açılmayıb. Əsas vaxt qolsuz bitdiyindən qalibi müəyyənləşdirmək üçün birbaşa penalti seriyası təşkil olunub. 11 metrlik zərbələrdə daha dəqiq olan Seneqal yığması tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub. Bu turnirdə ən çox çempion olmuş komanda isə Misir yığmasıdır – 7 dəfə.
 
Afrika Millətlər Kubokunun bürünc medalları turnirə ev sahibliyi edən Kamerun yığmasına qismət olub. Bu komanda ötən gün Burkina Faso ilə oyunda möhtəşəm əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb – 3:3, penaltilər 5:3.
 
Afrika Millətlər Kuboku
Final
6 fevral
 
Seneqal – Misir 0:0 (penaltilər 4:2)






Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı