4 fevral 2026. Çərşənbə

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bəlli oldu


Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bəlli oldu
Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bəlli olub. Corner.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada Seneqal yığmasının hücumçusu Sadio Mane layiq görülüb.
 
İngiltərənin "Liverpul" klubunda çıxış edən 30 yaşlı forvard komandasının bütün görüşlərdində iştirak edib. Mane bu matçlarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Kamerun yığmasının hücumçusu Vensan Abubakar 8 qolla yarışın bombardiri, Seneqal millisinin qapıçısı Eduard Mendi turnirin ən yaxşı qapıçısı, onun misirli həmkarı Məhəmməd Abu Qabal finalın ən yaxşı oyunçusu seçilib. 
 
Seneqal Afrika Millətlər Kubokunun finalında Misiri əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan qarşılaşmanın penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib və tarixində ilk dəfə çempion olub. Sadio Mane oyunun 7-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini qola çevirə bilməsə də, penaltilər seriyasında dəqiq oynayıb.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı