4 fevral 2026. Çərşənbə

Braziliya - Argentina oyunu təkrar keçiriləcək


Braziliya - Argentina oyunu təkrar keçiriləcək

FIFA Argentina millisinin 4 futbolçusunu cəzalandırıb.

Corner.az "Sportstar"a istinadən xəbər verir ki, Emiliano Martines, Emiliano Buendiya, Covanni Lo Çelso və Kristian Romero səfərdə Braziliya yığmasına qarşı keçirdikləri 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı koronavirus qaydalarını pozduqları üçün 2 oyun diskvalifikasiya olunublar. 

Həmçinin təhlükəsizliklə bağlı pozuntulara görə Braziliya Futbol Konfederasiyası 539 min ABŞ dolları, Argentina Futbol Assosiasiyasını isə nizam-intizam, hazırlıq və matçda iştirakla bağlı öhdəliklərə əməl etmədiyinə görə 215 min ABŞ dolları məbləğində cərimələnib. Bundan əlavə, görüşün baş tutmaması səbəbindən hər iki qurumdan ayrılıqda 54 min ABŞ dolları cərimə ödəməsi tələb edilib.

FİFA İntizam Komitəsi matçın təkrar oynanılmasına qərar verib.

Qeyd edək ki, Braziliya - Argentina oyunu start fitindən cəmi 4 dəqiqə sonra yarımçıq dayandırılıb və qonaqlar meydanı tərk ediblər. Bu, meydana yerli polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra olub. Onlar Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı