11 may 2026. Bazar ertəsi

Qətərdə oynamaq istəyirəm - Aquero


Qətərdə oynamaq istəyirəm  - Aquero

"Mançester Siti”nin və “Barselona”nın keçmiş hücumçusu Serxio Aquero Argentina millisi ilə dünya çempionatına getmək istədiyini açıqlayıb.

Corner.az xəbər verir ki, 33 yaşlı sabiq futbolçu “Radio 10”-a açıqlamasında, artıq bu barədə milli komandanın baş məşqçisi və federasiyanın prezidenti ilə danışdığını da bildirib:

“Qətərdə keçiriləcək dünya çempionatına getmək istəyirəm. Bu həftə görüşümüz olacaq. Mən orada olmaq istəyirəm. Məşqçilər korpusuna daxil olmaq niyyətim var. Artıq baş məşqçi Skaloni və federasiya prezidenti ilə danışmışam. Nələr edə biləcəyimizi görmək üçün çalışacağıq”.

Aquero cari mövsümün gedişində ürəyində yaranan problemə görə “Barselona”dan ayrılıb və futbolçu karyerasını bitirib.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı