4 fevral 2026. Çərşənbə

Polşa Futbol İttifaqı Rusiya millisi ilə oyuna görə FIFA-ya müraciət edib


Polşa Futbol İttifaqı Rusiya millisi ilə oyuna görə FIFA-ya müraciət edib

Polşa Futbol İttifaqı (PZPN) FIFA-ya müraciət edib.

Corner.az xəbər verir ki, qurum Rusiya millisinə qarşı keçiriləcək dünya çempionatının pley-off mərhələsinin oyununun təşkili ilə bağlı məsələlərə aydınlıq gətirilməsini istəyir.

PZPN Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımasından sonra bu addımı atıb.

Daha əvvəl Polşanın idman naziri Kamil Bortniçuk yarımfinal matçını neytral meydanda oynamaq niyyətində olduqlarını bildirib. O, deyib ki, belə vəziyyətdə polşalı idmançılar Rusiyaya getməməlidirlər.

Qeyd edək ki, Rusiya - Polşa qarşılaşması martın 24-də Moskvadakı "Dinamo" Mərkəzi Stadionunda keçirilməlidir. Bu görüşün qalibi finalda İsveç - Çexiya cütünün güclüsü ilə üz-üzə gələcək.(report)







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı