29 iyun 2026. Bazar ertəsi

Polşa, İsveç və Çexiya yığmaları Rusiyada oynamaqdan imtina etdi


Polşa, İsveç və Çexiya yığmaları Rusiyada oynamaqdan imtina etdi

Polşa, İsveç və Çexiya yığmaları 2022-ci il dünya çempionatının pley-off oyunlarını Rusiyada keçirməkdən imtina edib.

Corner.az-ın məlumatına görə, bu barədə Sport24.ru-ya açıqlamasında Polşa millisinin mətbuat katibi Yakub Kvyatkovski deyib.

"Polşa, İsveç və Çexiyanın rəsmi bəyanatı belədir: Biz sizin ölkənizdə oynamaq istəmirik", - deyən Kvyatkovski FIFA və UEFA-dan təcili reaksiya gözlədiklərini söyləyib. O, pley-off qarşılaşmaları üçün alternativ variantın seçilməsini istədiklərini əlavə edib.

Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb. Cütün qalibi İsveç - Çexiya matçının ən güclüsü ilə finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi