4 fevral 2026. Çərşənbə

Polşa millisi Rusiya ilə oyundan imtina etdi


Polşa millisi Rusiya ilə oyundan imtina etdi

Futbol üzrə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina edib.

Corner.az-ın məlumatına görə, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa özünün tviter səhifəsində yazıb.

Funksioner Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kəskinləşdiyi üçün bu ölkənin yığması ilə görüşmək niyyətində olmadığını bildirib: "Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq".

Polşa millisinin kapitanı Robert Levandovski federasiyanın mövqeyini dəstəkləyib. "Bavariya" klubunda çıxış edən 32 yaşlı hücumçu Ukraynada silahlı təcavüzün davam etdiyi bir şəraitdə Rusiya millisi ilə oyun keçirməyi təsəvvür edə bilmədiyini vurğulayıb: "Rusiyalı futbolçular və azarkeşlər buna görə məsuliyyət daşımırlar. Amma heç nə baş vermədiyini iddia edə bilmərik".

Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb. Cütün qalibi İsveç - Çexiya matçının ən güclüsü ilə martın 29-dakı finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı