4 fevral 2026. Çərşənbə

İsveç millisi də Rusiya ilə oyundan imtina etdi


İsveç millisi də Rusiya ilə oyundan imtina etdi

Rusiya və İsveç milli yığmaları qarşılaşmalı olsalar, İsveç yığması görüşün yerindən asılı olmayaraq, görüşə getməyəcək.

Corner.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytında məlumat verilib.

Bundan başqa, İsveç Federasiyası FİFA-nı Rusiyanın iştirakı ilə martda keçiriləcək pley-off oyunlarını ləğv etməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl Polşa millisi də Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina etmişdi.

Pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb. Cütün qalibi İsveç - Çexiya matçının ən güclüsü ilə martın 29-dakı finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı