11 may 2026. Bazar ertəsi

DÇ-2022: Polşa millisi birbaşa finala çıxacaq


DÇ-2022: Polşa millisi birbaşa finala çıxacaq
FİFA DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsində Rusiya millisini əvəz etməyə komanda dəvət etməyəcək. Corner.az xəbər verir ki, Polşa millisi birbaşa pley-off mərhələsinin finalına yüksələcək.
 
 Martın 4-də FİFA-nın hələ bu məsələ ilə bağlı açıqlama veriləcəyi gözlənilir.Polşa yığması avtomatik olaraq pley-off mərhələsinin finalına yüksələcək və burada İsveç - Çexiya cütünün qalibi ilə qarşılaşacaq.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.






Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı