29 iyun 2026. Bazar ertəsi

Milli komandaya qayıtmaq üçün Benzema'nın ...


Milli komandaya qayıtmaq üçün Benzema'nın ...

"Fransa millisinə qayıtmaq üçün Kərim Benzemanın butslarını təmizləyə bilərəm".

Corner.az-ın məlumatına görə, bu sözləri Fransanın "Marsel" klubunun futbolçusu Dmitri Payet "L Equipe" nəşrinə açıqlamasında deyib.

34 yaşlı fransalı yarımmüdafiəçi yenidən yığmaya düşmək üçün hər şeyi etməyə hazır olduğunu bildirib: "Hücum xəttində rəqabət çox yüksəkdir. Seçimi baş məşqçi edir. Amma ora düşmək üçün hər şeyi etməyə hazıram".

Qeyd edək ki, Dmitri Payet Fransa millisində 38 oyuna 8 qol vurub. Təcrübəli oyunçu ötən ay "Marsel"in heyətində "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley off mərhələsinin hər iki matçında (3:1, 3:0) meydana çıxıb. O, Marseldəki ilk qarşılaşmada Ağdam təmsilçisinin qapısına yol tapıb.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi