4 fevral 2026. Çərşənbə

Şotlandiya - Ukrayna oyunu təxirə salındı?


Şotlandiya - Ukrayna oyunu təxirə salındı?

Şotlandiya və Ukrayna milli komandaları arasında futbol üzrə 2022-ci il dünya çempionatına vəsiqə uğrunda keçirilməli olan pley-off oyunu təxirə salınıb.

Corner.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Məlumatda, oyunun yeni tarixi qarşıdakı 48 saat ərzində açıqlanacağı vurğulanıb. Hələlik məsələ ilə bağlı rəsmi məlumat verilməyib.

Daha əvvəl bu oyunun martın 24-də, Qlazqoda keçirilməsi planlaşdırılırdı.

Digər yarımfinal matçında Uels və Avstriya yığmaları qarşılaşacaq.

Ukrayna Futbol Assosiasiyası ölkədəki hərbi vəziyyətlə əlaqədar oyunun başqa vaxtda keçirilməsi üçün FİFA-ya müraciət edib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı