29 iyun 2026. Bazar ertəsi

Milli komandada baş məşqçi dəyişikliyi


Milli komandada baş məşqçi dəyişikliyi

Futbol üzrə Qazaxıstan milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Corner.az-ın Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Talqat Baysufinovu Andrey Karpoviç əvəzləyib. Baysufinovla müqaviləyə vaxtından əvvəl xitam verilib.

Karpoviç isə qarşıdakı iki matçda bu vəzifəni yerinə yetirəcək. 41 yaşlı mütəxəssis yığmanı Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq. Qarşılaşmalar martın 24-də və martın 29-da olacaq.

Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyaya C Liqasının II qrupunda rəqib olacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi