1 oktyabr 2026. Cümə axşamı

Millinin baş məşqçisi ilə yeni müqavilə


Millinin baş məşqçisi ilə yeni müqavilə

Rusiya Futbol ittifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə müqavilənin müddətini uzadıb.

Corner.az RFS-in rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis 2022-ci ilin sonunadək yığmanın sükanı arxasında qalacaq.

Karpin bildirib ki, millidəki işini davam etdirəcəyi üçün xoşbəxtdir: "Ümid edirəm ki, futbolumuz tezliklə beynəlxalq arenaya qayıdacaq və biz rəsmi matçlarda iştirak edə biləcəyik".

Təcrübəli mütəxəssis eyni zamanda "Rostov" klubunun baş məşqçisi təyin olunub. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci ilin iyulunda Rusiya millisinin sükanı arxasına keçən Valeri Karpin bu vəzifədə Stanislav Çerçesovu əvəzləyib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər