1 oktyabr 2026. Cümə axşamı

Eriksen yenidən Danimarka millisinə dəvət aldı


Eriksen yenidən Danimarka millisinə dəvət aldı

İngiltərənin "Brentford" klubunda çıxış edən Kristian Eriksen yenidən Danimarka millisinə dəvət alıb.

Corner.az Danimarka Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Niderland və Serbiya komandalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları üçün yığmaya cəlb edilib.

Görüşlər müvafiq olaraq 26 və 29 martda olacaq.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər