26 mart 2026. Cümə axşamı

DÇ-2022-nin Qətərdə keçirilməsi gülüncdür ...


DÇ-2022-nin Qətərdə keçirilməsi gülüncdür ...

Niderland millisinin baş məşqçisi Lui Van Qal 2022-ci il dünya çempionatını keçirmək hüququnun Qətərə verilməsini tənqid edib.

Corner.az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis "Mirror"a açıqlamasında bunun gülünc qərar olduğunu bildirib.

O, FIFA-nın bu addımı həmin ölkədə futbolun inkişaf etdirlməsi ilə deyil, pul və kommersiya maraqları ilə bağlıdır: "Mən bunu əvvəlki mətbuat konfranslarında da demişəm. Düşünürəm ki, dünya çempionatının orada keçirilməsi gülünc qərardır.Biz FİFA-nın futbolu inkişaf etdirmək istədiyini bildirdiyi ölkədə oynayırıq. Bu, boşboğazlıqdır, amma fərqi yoxdur.Çünki bu, ali futbol qurumu üçün vacibdir. Sizcə, niyə mən öz təcrübəmlə FİFA və ya UEFA-da heç bir komitədə yer almamışam? Çünki mən həmişə belə təşkilatların əleyhinə olmuşam. Bunu Qətərdə də deyə bilərəm, lakin bu, dünyanın problemdən qurtulmasına kömək etməyəcək".

Qeyd edək ki, noyabrın 21-də start götürəcək dünya çempionatı dekabrın 18-dək davam edəcək.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"