Bu gün DÇ-2022-nin pley-off oyunlarına start verilib. Corner.az xəbər verir ki, əvvəlcədən 6 oyunun keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılacaq.
FİFA Rusiya millisini Ukraynaya hücumçuna görə yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyəcək. Rusiyaya texniki məğlubiyyət verildiyi üçün Polşa birbaşa finala vəsiqə qazanıb. Ukrayna – Şotlandiya matçı isə iyun ayına təxirə salınıb.
Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olub və məğlub olaraq dünya çempionatı ilə vidalaşıb. Avropa çempionatının son qalibi İtaliya yığması da Şimali Makedoniya ilə üz-üzə gəlib və son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb.
İsveç yığması isə Çexiya ilə qarşılaşıb. Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Burda isə isveçlilər minimal hesabla qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib.
DÇ-2022
Pley-off mərhələsi, yarımfinal
24 mart
A yolu
Uels – Avstriya 2:1
Qol: Beyl, 25; 51 - B.Deyvis, 65-öz qapısına.
B yolu
İsveç – Çexiya 1:0 (Əlavə vaxt)
Qol: R.Quasion, 110.
C yolu
İtaliya – Şimali Makedoniya 0:1
Qol: Traykovski, 90+2.
Portuqaliya – Türkiyə 3:1
Qol: Otavio, 15. Jota, 42. M.Nunes, 90+4 - B.Yılmaz, 65.