4 fevral 2026. Çərşənbə

DÇ-2022: Daha iki ölkə final mərhələsində!


DÇ-2022: Daha iki ölkə final mərhələsində!
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının daha iki iştirakçısı bəlli olub. Corner.az xəbər verir ki, Ekvador və Uruqvay yığmaları mundialın final mərhələsində oynamaq hüququ qazanıb.
 
Uruqvay Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XVII turunda evdə Peruya minimal hesabla qalib gəlib- 1:0. Ekvador isə səfərdə Paraqvaya 1:3 hesabı ilə məğlub olmasına baxmayaraq sona bir tur qalmış mundialın final mərhələsində oynamaq hüququ qazanıb.
 
Hər iki komandanın hazırda 25 xalı var və 3-4-cü yerləri bölüşdürürlər. Peru seçməsi 21 xalla 5-ci sıradadır.
 
Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək. İndiyədək Uruqvay və Peru ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran, Cənubi Koreya, Yaponiya və Səudiyyə Ərəbistan da final mərhələsinə vəsiqə əldə edib.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı