4 fevral 2026. Çərşənbə

Hər kəs Azərbaycan millisi ilə oyunda qələbə gözləyir


Hər kəs Azərbaycan millisi ilə oyunda qələbə gözləyir

"Hər kəs - futbolçular, məşqçilər və azarkeşlər qarşıdakı iki görüşdən qələbə gözləyir".

Corner.az-ın məlumatına görə, bunu RFS klubunda çıxış edən Latviya millisinin futbolçusu Renars Varslavan Küveyt və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.

21 yaşlı hücumçu bildirib ki, əsas məqsədləri UEFA Millətlər Liqası matçlarına hazırlaşmaqdır: "Həmin qarşılaşmalara tam hazır olmaq baxımından bu iki görüş çox vacibdir. Ümid edirəm ki, mənə özümü sübut etmək imkanı veriləcək və ən yaxşı performansımı sərgiləyə biləcəyəm. Fiziki cəhətdən tam hazıram. Sadəcə, bunu sübut etmək üçün fürsət gözləyirəm".

Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı